Qazaxıstan Baş Prokurorluğu AZAL təyyarəsinin qəzaya uğrama səbəblərinin araşdırılmasını davam etdirir


Qazaxıstan Baş Prokurorluğu Aktau şəhəri yaxınlığında “Azerbaijan Airlines” (AZAL) aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılmasını davam etdirir, istintaqa ən təcrübəli əməkdaşlar cəlb olunub.

Şəffaflıq.az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə baş prokurorun müavini Qalımjan Koygeldiyev məlumat verib.

"İstintaq davam edir, ən təcrübəli əməkdaşlardan ibarət istintaq qrupu yaradılıb, ekspertizalar təyin edilib. Bildiyiniz kimi, iş asan deyil. Nəticələri gözləyirik", - Q.Koygeldiyev AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılması ilə bağlı suala cavab verərkən bildirib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Daha əvvəl Qazaxıstanın Baş naziri Kanat Bozumbayev ölkənin Nəqliyyat Nazirliyinin araşdırmanın ilkin nəticələrini bu həftə dərc edə biləcəyini bildirmişdi.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}