Macarıstanlı deputat: Azərbaycanı AŞPA-dan uzaqlaşdırmaq yanlış qərar idi


Azərbaycanı AŞPA-dan uzaqlaşdırmaq yanlış qərar idi.

"Report"un Fransa bürosu xəbər verir ki, bunu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu gün işə başlayan qış sessiyası zamanı Macarıstandan olan deputat Nemeth Zsolt deyib.

Deputat bildirib ki, üzv dövlətləri itirmək AŞPA-nın maraqlarına cavab vermir.

"Bu gün Gürcüstanın nümayəndə heyətinin qurumdakı iştirakını məhdudlaşdırmağı müzakirə edirik. AŞPA apardığı siyasətə yenidən baxmalıdır. Bundan əvvəl də Azərbaycanın nümayəndə heyəti qurumdan uzaqlaşdırıldı. Bu, yanlış verilmiş bir qərar idi. Biz üzv dövlətləri itirmək əvəzinə onlarla danışıqları davam etdirməliyik", - o qeyd edib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}