Ukraynalı karateçilər İtaliyada iştirak etdikləri turnirdən sonra ölkəyə qayıtmayıblar


Ukraynalı karateçilər - Yevgeni və Darya Filipyuk dekabrın sonunda İtaliyanın Venesiya şəhərində iştirak etdikləri turnirdən sonra ölkəyə qayıtmayıblar.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Çernovtsı Karate Federasiyasının prezidenti Aleksandr Pikulin bildirib.

Prezident yerli telekanallardan birinə açıqlamasında ər-arvad olan karateçilərin sosial şəbəkələrdəki bütün şəxsi hesablarını sildiklərini və zənglərə cavab vermədiklərini, həmçinin, digər idmançıların da onlarla əlaqə qurmaq cəhdlərinin nəticəsiz qaldığını bildirib.

Ukrayna Karate Federasiyası ölkəyə qayıtmamaları və səfərbərlik qaydalarını pozmaları əsası ilə hər iki idmançını üzvlükdən məhrum edib. Qurum Dünya Karate Federasiyasından onların ömürlük diskvalifikasiya və qazandıqları bütün mükafatlardan məhrum olunmasını tələb edəcəyi bildirilib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}