Deputat məktəblərdə media savadlılığının tədris olunmasını təklif edib
Azərbaycanda ümumi təhsil müəssisələrində media savadlılığının tədris olunması təklif edilir. Şəffaflıq.az xəbər verir ki, təkliflə Milli Məclisin deputatı Sevil Mikayılova parlamentin İnsan hüquqları komitəsinin bugünkü iclasında çıxış edib. Onun sözlərinə görə, bununla bağlı dəfələrlə müraciət edilməsinə baxmayaraq, hələ də məsələ müsbət həllini tapmayıb. Deputat eyni zamanda insan haqları fəaliyyəti çərçivəsində qərbi azərbaycanlıların qayıdış hüququ ilə əlaqədar məsələlərə daha çox yer ayrılmasını vacib hesab edir. S.Mikayılova süni intellektlə əlaqədar yeni qanun layihələrin hazırlanmasına ehtiyac olduğuna da diqqət çəkib.
Xəbəri paylaş
Facebook-da paylaş