Azərbaycan I Liqasında çıxış edən "Cəbrayıl"ın baş məşqçisi Elhad Nəziri postundan ayrılıb.
Azərbaycan I Liqasında çıxış edən "Cəbrayıl"ın baş məşqçisi Elhad Nəziri postundan ayrılıb. Şəffaflıq.az xəbər verir ki, mütəxəssis bu barədə sosial şəbəkə səhifəsində paylaşım edib. O, komandadan öz istəyi ilə getdiyini açıqlayıb. Qeyd edək ki, "Cəbrayıl" 10 komandanın mübarizə apardığı I Liqada 11 turdan sonra 14 xalla beşinci pillədə qərarlaşıb.
Xəbəri paylaş
Facebook-da paylaş