Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevi ölkəni irəli aparan lider adlandırıb.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyevi ölkəni irəli aparan lider adlandırıb. Şəffaflıq.az-ın müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatlarla çıxışı zamanı deyib. "Siz bizim üçün öz xalqının və dövlətinin maraqlarını qoruyaraq ölkəni irəli aparan lider nümunəsisiniz", - o qeyd edib. İ.Kobaxidze həmçinin iki ölkə arasındakı qardaşlıq münasibətlərini qeyd edərək bu qardaşlığın strateji tərəfdaşlığa əsaslandığını bildirib: "Əminik ki, bu qardaşlıq bundan sonra da inkişaf edəcək. Biz müttəfiqik və bir-birimizi qətiyyətlə dəstəkləyirik". Siyasətçi Gürcüstanın baş naziri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbriklərinə görə Azərbaycan Prezidentinə təşəkkür edib. Onun sözlərinə görə, Gürcüstanda hakim partiyanın qələbəsi regionda sülh və sabitliyi təmin edəcək.
Facebook-da paylaş