Kanadalı tennisçi xərçəng xəstəliyi ilə bağlı iki əməliyyat keçirib
2023-cü ildə ABŞ Açıq çempionatının qadın cütlüklərin yarışında qalib olmuş kanadalı tennisçi Qabriela Dabrovski 2024-cü ildə döş xərçəngi ilə bağlı iki əməliyyat keçirib. Şəffaflıq.az-ın məlumatına görə, tennisçi bu barədə sosial şəbəkələrdə bildirib. "Bütün bunlar qeyri-real görünür. Son altı ayda kortda daha çox gülümsədiyimi görürdünüzsə, bilin ki, bu səmimi idi. Hər şeyi itirmək təhlükəsi real olanda, malik olduğum şeylərin həqiqi qiymətini anlamağa başladım", - deyə o, söyləyib. 32 yaşlı idmançıya apreldə xərçəng diaqnozu qoyulub. Üç aylıq fasilədən sonra o, çıxış etdiyi ilk turnirdə Erin Rutliff ilə birlikdə Nottinqemdə keçirilən yarışda çempion olub. O, ABŞ Açıq çempionatından əvvəl şüa terapiyası keçib.
Facebook-da paylaş