ABŞ-nin Milli Hokkey Liqası (NHL) Milad bayramında məşq keçən "Dallas" klubunu 100 min dollar cərimələyib.
ABŞ-nin Milli Hokkey Liqası (NHL) Milad bayramında məşq keçən "Dallas" klubunu 100 min dollar cərimələyib. Şəffaflıq.az xəbər verir ki, bu barədə NHL-in mətbuat xidməti məlumat yayıb. Dekabrın 28-də baş tutan "Minnesota" ilə matçdan (2:3 OT) əvvəl "Dallas"ın baş məşqçisi Piter Debur komandaya əlavə məşq keçdiyini qeyd edib. NHL-in Kollektiv Sövdələşmə Sazişinə (CBA) əsasən Milad bayramı dövründə məşqlərin və oyunların keçirilməsi, həmçinin uçuşların, səfərlərin təşkili qadağandır. Liqada dekabrın 25 və 27-si aralığında matçlar oynanılmır. 2022-ci ildə "Toronto" komandası bayram vaxtı uçuş həyata keçirdiyi üçün 100 min dollar cərimələnmişdi. Həmçinin 2015-ci ildə "Filadelfiya" "Naşvill"lə matçdan əvvəl təyyarə ilə səfər etdikləri üçün eyni məbləğdə cəriməyə məruz qalmışdı. Qeyd edək ki, "Dallas" klubu 35 oyundan sonra 43 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.
Facebook-da paylaş