Türk dövlətlərinin 6 aylıq ÜDM-nin qlobal iqtisadiyyatdakı payı açıqlanıb


Bu ilin yanvar-iyun aylarında Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələri birlikdə 900,4 milyard ABŞ dolları dəyərində ümumi daxili məhsul (ÜDM) istehsal edib ki, bu da eyni dövr üçün 54 trilyon ABŞ dolları proqnozlaşdırılan qlobal ÜDM-in 1,7 %-ni təşkil edir.

"Report" xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakıda keçirilən Türk Ticarət və Sənaye Palataları Birliyinin Baş Assambleyasında bildirib.

"Hesabat dövründə TDT ölkələrinin ÜDM-i təxminən 6 % artıb, halbuki qlobal iqtisadi artım 3,1 % olub. Bu isə coğrafiyamızın dinamik inkişafını və artan iqtisadi təsirini vurğulayır. Dediyim rəqəmlər türk dövlətlərinin iqtisadi blok kimi gücləndiyini göstərir", - deyə o qeyd edib.

Bundan başqa, M.Musayev deyib ki, I yarımildə TDT ölkələri arasında ümumi ticarət dövriyyəsinin dəyəri 508,8 milyard ABŞ dolları təşkil edib: "Bu isə proqnozlaşdırılan 16 trilyon ABŞ dolları dəyərtində qlobal ticarət dövriyyəsinin 3,2 %-i qədər olub: "Bu, regionun artan iqtisadi inteqrasiyasını, eləcə də qlobal təchizat zəncirlərində və bazarlarda genişlənən rolunu əks etdirir".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}