Bakıdan Qroznıya uçan təyyarə Aktauda düşüb
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib. Şəffaflıq.az bu barədə AZAL-a istinadən xəbər verir. Hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək. Qazaxıstan KİV-nin yaydığı məlumata görə, təyyarədə 67 sərnişin, 5 ekipaj üzvü olub. Aktauda qəza yerinə Qazaxıstan FHN-nin 52 nəfər şəxsi heyəti və 11 texnikası gəlib.
Xəbəri paylaş
Facebook-da paylaş