İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Brunu Fernandeş komandanın rekordçusu olub.
İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Brunu Fernandeş komandanın rekordçusu olub. Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bunu İngiltərə Premyer Liqasının XVI turunda "Mançester Siti" (2:1) ilə oyunda penaltidən fərqlənməklə reallaşdırıb. 30 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted"in heyətində 25 penaltidən 21-ni qolla tamamlayıb. O, bu göstəricidə komandanın sabiq futbolçusu Ueyn Runini qabaqlayıb. Keçmiş hücumçu 28 penaltidən 20-də topu qapıdan keçirməyə nail olmuşdu. Qeyd edək ki, "Mançester Yunayted" hazırda turnir cədvəlində 22 xalla 13-cü pillədə qərarlaşıb.
Xəbəri paylaş
Facebook-da paylaş