Əsas Səhifə > FUTBOL > İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Brunu Fernandeş komandanın rekordçusu olub.

İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Brunu Fernandeş komandanın rekordçusu olub.


16-12-2024, 10:44


İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Brunu Fernandeş komandanın rekordçusu olub.

Şəffaflıq.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu bunu İngiltərə Premyer Liqasının XVI turunda "Mançester Siti" (2:1) ilə oyunda penaltidən fərqlənməklə reallaşdırıb.

30 yaşlı yarımmüdafiəçi "Mançester Yunayted"in heyətində 25 penaltidən 21-ni qolla tamamlayıb. O, bu göstəricidə komandanın sabiq futbolçusu Ueyn Runini qabaqlayıb. Keçmiş hücumçu 28 penaltidən 20-də topu qapıdan keçirməyə nail olmuşdu.

Qeyd edək ki, "Mançester Yunayted" hazırda turnir cədvəlində 22 xalla 13-cü pillədə qərarlaşıb.


Geri qayıt