Bakıda avtobus sürücüsündən nümunəvi hərəkət.

[video=] Bakıda avtobus sürücüsündən nümunəvi hərəkət. 
Şəffaflıq.az xəbər verir ki, paytaxtın Biləcəriqəsəbəsindən Nərimanov metrosu istiqamətində hərəkət edən 202 saylı avtobusdakısərnişinlərdən birinin halı pisləşib. Sürücü yaxınlıqdakı dayanacaqda avtobusu saxlayaraq özünü pis hiss edən sərnişinə ilkin tibbi yardım göstərib.
Özünü pis hiss edən sərnişinə avtobus sürücüsü ilkin tibbi yardım göstərib. 202 saylı avtobusun sürücüsü Eyvaz Hüseynov avtobusda halı pisləşən sərnişininə kömək edib. Həmin an vətəndaşlardan biri tərəfindən lentə alınıb.
O, avtobusu dayanacaqda saxladıqdan sonrasərnişinin təzyiqini ölçərək ona ilkin yardım göstərib. Sərnişinin vəziyyəti normalaşandan sonra isə yenidən avtobusa mindirib.
Sürücü deyir ki, bu hadisə ilk deyil, elə bu ay ərzində dörd-beş dəfə belə halla qarşılaşıb. Özünü narahat hiss edən heç bir sərnişin onun diqqətindən yayınmır. (Xəzər Xəbər)

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}