Almaniya Müdafiə Nazirliyi "Həyat Təhrir əş-Şam" ilə danışıqlara başlamaq niyyətindədir
Almaniyanın müdafiə naziri Boris Pistorius Suriyada hakimiyyəti ələ keçirmiş "Həyat Təhrir əş-Şam" qruplaşması ilə danışıqlara başlamaq niyyətində olduğunu bildirib. “Report” "Bild" qəzetinə istinadən xəbər verir ki, o, bunu Ərbilə səfəri zamanı deyib. "Biz "Həyat Təhrir əş-Şam" siyasi qanadı ilə mümkün qədər tez danışacağıq. Suriyaya gəlincə, burada bir çox şey ölkə rəhbərlərinin atacağı addımlardan asılı olacaq", - Pistorius bildirib. Onun fikrincə, sözlər əməllərlə müşayiət olunmalıdır. Pistorius həmçinin əlavə edib ki, Əsədin gedişindən sonra Suriyada vəziyyət dərhal dəyişə bilməz, bunun üçün vaxt və dəstək lazımdır. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş