Əsas Səhifə > XARİCİ XƏBƏR > Almaniya Müdafiə Nazirliyi "Həyat Təhrir əş-Şam" ilə danışıqlara başlamaq niyyətindədir

Almaniya Müdafiə Nazirliyi "Həyat Təhrir əş-Şam" ilə danışıqlara başlamaq niyyətindədir


12-12-2024, 21:21


Almaniyanın müdafiə naziri Boris Pistorius Suriyada hakimiyyəti ələ keçirmiş "Həyat Təhrir əş-Şam" qruplaşması ilə danışıqlara başlamaq niyyətində olduğunu bildirib.

“Report” "Bild" qəzetinə istinadən xəbər verir ki, o, bunu Ərbilə səfəri zamanı deyib.

"Biz "Həyat Təhrir əş-Şam" siyasi qanadı ilə mümkün qədər tez danışacağıq. Suriyaya gəlincə, burada bir çox şey ölkə rəhbərlərinin atacağı addımlardan asılı olacaq", - Pistorius bildirib.

Onun fikrincə, sözlər əməllərlə müşayiət olunmalıdır. Pistorius həmçinin əlavə edib ki, Əsədin gedişindən sonra Suriyada vəziyyət dərhal dəyişə bilməz, bunun üçün vaxt və dəstək lazımdır.

Şəffaflıq.az 


Geri qayıt