Rusiya keçmiş Suriya lideri Bəşər Əsədə sığınacaq verir və onu "ən təhlükəsiz şəkildə" ölkəyə köçürüb.
Rusiya keçmiş Suriya lideri Bəşər Əsədə sığınacaq verir və onu "ən təhlükəsiz şəkildə" ölkəyə köçürüb. Ryabkov bildirib ki, Əsədin təhlükəsizliyi tam təmin olunub: Suriya rejiminin sürətli çöküşü, Rusiya Prezidenti Vladimir Putin üçün böyük bir zərbə olub. Putin, Suriyada 1971-ci ildən bəri davam edən Əsəd ailəsinin sərt rejiminin hakimiyyətdə qalması üçün Bəşər Əsədə tam dəstək vermişdi. Vətəndaş müharibəsi zamanı Əsədin hakimiyyətini qorumaq üçün göstərilən səylərə baxmayaraq, rejimin devrilməsi Rusiyanın Suriya siyasətinə ciddi təsir göstərib. Ryabkovun açıqlamaları, Əsədin gələcəyi və Moskvanın bu hadisələrdən sonra atacağı addımlar barədə sualları daha da artırır.
Şəffaflıq.az xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər nazirinin müavini Sergey Ryabkov NBC News-a eksklüziv müsahibəsində məlumat verib.
"Bu, Rusiyanın belə fövqəladə vəziyyətlərdə tələb olunan şəkildə hərəkət etdiyini göstərir."
Ryabkov, Əsədin hazırkı vəziyyəti barədə məlumatı olmadığını əlavə edərək, "Baş verənlər və bunun necə həll edildiyi barədə ətraflı danışmaq mənim üçün çox yanlış olar," deyə vurğulayıb.
Facebook-da paylaş