Ərdoğan NATO-nun Baş katibi ilə Suriyadakı vəziyyəti müzakirə edib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun Baş katibi Mark Rutte arasında telefon danışığı olub. Şəffaflıq.az xəbər verir ki, məlumatı “TRT Haber” yayıb. Məlumata görə, onlar Suriyadakı vəziyyəti müzakirə ediblər. R.T.Ərdoğan Türkiyənin vətəndaş müharibəsinin ilk günündən bəri Suriyanın ərazi bütövlüyünün və sabitliyinin qorunmasını müdafiə etdiyini bildirib. Prezident Suriyanın məhz xalq tərəfindən idarə edilməli olduğunu və Türkiyənin terrordan azad bir Suriya qurmaq üçün əlindən gələni etməyə davam edəcəyini vurğulayıb.
Xəbəri paylaş
Facebook-da paylaş