Dəmiryolu Nəqliyyatında Polis İdarəsinə yeni rəis təyin edildi
Daxili işlər orqanlarında yeni təyinat olub.
Bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Kürdəmir Rayon Polis Şöbəsinin rəisi Sultan Zeynalov tutduğu vəzifədən azad edilərək Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin rəisi təyin edilib.
Daxili İşlər Nazirliyindən apa-ya faktı təsdiqləyiblər.
Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş