FTB Tramp komandasına qarşı təhdidlərlə bağlı araşdırma aparır


Amerikanın hazırı lideri Cozef Bayden ölkənin yeni seçilmiş prezidenti Donald Trampla yenidən danışmağı planlaşdırır.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Vaşinqton administrasiyasının rəhbəri Massaçusetsdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Bayden Trampla yenidən görüşəcəkmi sualına cavabında deyib: “Məncə bəli”.

Bundan əlavə, jurnalistlər ondan yeni administrasiyada müxtəlif vəzifələrə namizədliyi irəli sürülən şəxslərin təhdidlər alması barədə məlumatı şərh etməsi istənilib. O bununla bağlı Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən araşdırma aparıldığını bildirib.

Qeyd edək ki, noyabrın 13-də Bayden və Tramp Ağ Evin Oval kabinetində iki saatlıq görüş keçiriblər. Onlar daxili siyasət və milli təhlükəsizliklə bağlı əsas məsələləri müzakirə ediblər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}