Bələdiyyələrin qrant alması ilə bağlı dəyişiklik son oxunuşda təsdiqlənib
Milli Məclis Azərbaycanda bələdiyyələrin qrant alması üçün hüquqi əsasların yaradılmasını son oxunuşda təsdiqləyib. Şəffaflıq.az xəbər verir ki, bununla bağlı “Qrant haqqında” qanuna təklif edilən dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb. Dəyişiklik bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb. Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.
Xəbəri paylaş
Facebook-da paylaş