Əsas Səhifə > MILLI MƏCLİS > Bələdiyyələrin qrant alması ilə bağlı dəyişiklik son oxunuşda təsdiqlənib

Bələdiyyələrin qrant alması ilə bağlı dəyişiklik son oxunuşda təsdiqlənib


Bu gün, 13:03


Milli Məclis Azərbaycanda bələdiyyələrin qrant alması üçün hüquqi əsasların yaradılmasını son oxunuşda təsdiqləyib.

Şəffaflıq.az xəbər verir ki, bununla bağlı “Qrant haqqında” qanuna təklif edilən dəyişiklik parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Dəyişiklik bələdiyyələrin maliyyə resurslarına çıxışının artırılması məqsədilə onlara qrant verilməsinin hüquqi əsaslarının yaradılması və tənzimlənməsi məqsədilə hazırlanıb.

Layihə səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


Geri qayıt