Astanada KTMT dövlət başçılarının sammiti keçirilir
Qazaxıstanın paytaxtı Astanada Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) dövlət başçılarının sammiti keçirilir. Şəffaflıq.az xəbər verir ki, tədbir Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə keçirilir. Sammitdə Belarus, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan prezidentləri iştirak edirlər. Təşkilatın üzvü olan Ermənistan rəhbərliyi sammitə qatılmayıb. Liderlər Avrasiyada bərabər və bölünməz təhlükəsizliyin yeni arxitekturasının formalaşdırılmasını müzakirə edirlər. Sammitin sonunda 14 sənədin, o cümlədən yekun bəyannamənin və Böyük Vətən müharibəsində Qələbənin 80 illiyi münasibətilə birgə bəyanatın imzalanması planlaşdırılır.
Xəbəri paylaş
Facebook-da paylaş