Bağça müdiri olmaq istəyənlər üçün elektron sənəd qəbulunun tarixi açıqlanıb


Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsi noyabrın 27-dən başlayacaq.

Şəffaflıq.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) məlumat yayıb.

Bildirilib ki, müsabiqənin elektron sənəd qəbulu mərhələsi dekabrın 4-dək davam edəcək.

Qeyd edilib ki, Müsabiqədə pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}