"Sumqayıt"ın qapıçısı Azərbaycan millisinin heyətindən kənarda qalmasına münasibət bildirib


"Sumqayıt"ın qapıçısı Mehdi Cənnətov Azərbaycan millisinin heyətindən kənarda qalmasına münasibət bildirib.

"Report"a açıqlama verən 32 yaşlı qolkiper yığmanın baş məşqçisi Fernandu Santuşun qərarına hörmətlə yanaşdığını söyləyib:

"Göstərdiyimiz oyunla meydanda baş məşqçimizin inamını qazanmalıyıq. Təbii ki, bunun üçün daha yaxşı oynamaq və yaxşı performans sərgiləmək lazımdır. Milliyə layiq olduğumuzu meydanda göstərməliyik. Əgər millinin heyətində yer almamışamsa, demək hər hansısa səbəbi var. Öz üzərimizdə işləməliyik",

Qeyd edək ki, M.Cənnətov bu mövsüm Azərbaycan seçməsinin UEFA Millətlər Liqasının ilk 4 oyununda əsas heyətdə yer alıb. Baş məşqçi Fernandu Santuş əlcək sahibinin adını Estoniya və İsveçə qarşı keçiriləcək görüşlər üçün heyətə daxil etməyib.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}