Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampı ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib.
Ukrayna Prezidenti Volodimir Zelenski Donald Trampı ABŞ prezident seçkilərində qələbəsi münasibətilə təbrik edib. Şəffaflıq.az xəbər verir ki, “X” sosial şəbəkə səhifəsində paylaşım edən Zelenski Trampla son görüşünü xatırladıb: “Donald Trampı seçkilərdəki inamlı qələbəsi münasibətilə təbrik edirəm! Sentyabrda Prezident Trampla Ukrayna ilə ABŞ arasında strateji tərəfdaşlıq, Qələbə Planı və Rusiyanın Ukraynaya təcavüzünün dayandırılması yollarını ətraflı müzakirə etdiyimiz gözəl görüş oldu”. Zelenski qeyd edib ki, o, Trampın qlobal məsələlərə “güc vasitəsilə sülh” yanaşmasına sadiqliyini yüksək qiymətləndirir: “Məhz bu prinsip Ukraynada ədalətli sülhü daha da yaxınlaşdıra bilər. Ümid edirəm ki, biz birlikdə onu həyata keçirəcəyik. Biz Prezident Trampın həlledici rəhbərliyi altında güclü Amerika Birləşmiş Ştatları erasını, Birləşmiş Ştatlarda Ukraynaya güclü iki partiyalı dəstəyin davamını gözləyirik”. Ukrayna Prezidenti əlavə edib ki, Trampı şəxsən təbrik etmək və Ukraynanın ABŞ ilə strateji tərəfdaşlığını gücləndirmək yollarını müzakirə etmək fürsətini səbirsizliklə gözləyir.
Facebook-da paylaş