SON DƏQİQƏ! Gömrük generalı həbs olundu.

 Axtarış əməliyyat tədbiri nəticəsində Rusiya Federal Gömrük Xidməti İstintaqı İdarəsinin rəisi, general-leytenant Aleksandr Kizlıkın evindən 600 min avro, 600 min dollar, bahalı saatlar, bəzək-zinət əşyaları götürülüb.
Şəffaflıq.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu müstəntiq bildirib.
Rusiya Federal Gömrük Xidməti İstintaq İdarəsinin rəisi, general-leytenant Aleksandr Kizlık və onun müavini Aleksey Serebro Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar.
Məlumatı Moskvanın Basman Rayon Məhkəməsinin Mətbuat Xidməti yayıb.
Bildirilib ki, hər iki şəxs səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}