Əsas Səhifə > Dünya > SON DƏQİQƏ! Gömrük generalı həbs olundu.
SON DƏQİQƏ! Gömrük generalı həbs olundu.24-12-2019, 17:30 |
Axtarış əməliyyat tədbiri nəticəsində Rusiya Federal Gömrük Xidməti İstintaqı İdarəsinin rəisi, general-leytenant Aleksandr Kizlıkın evindən 600 min avro, 600 min dollar, bahalı saatlar, bəzək-zinət əşyaları götürülüb. Şəffaflıq.az RİA “Novosti”yə istinadən xəbər verir ki, bunu müstəntiq bildirib. Rusiya Federal Gömrük Xidməti İstintaq İdarəsinin rəisi, general-leytenant Aleksandr Kizlık və onun müavini Aleksey Serebro Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıblar. Məlumatı Moskvanın Basman Rayon Məhkəməsinin Mətbuat Xidməti yayıb. Bildirilib ki, hər iki şəxs səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunurlar. Geri qayıt |