Boliviyanın sabiq prezidentinə sui-qəsd cəhdi olub
Boliviyanın keçmiş prezidenti Evo Morales feysbukdakı hesabında avtomobilinin atəşə tutulmasını əks etdirən videonu paylaşıb, siyasətçi hadisə zamanı salonda olub. Bu barədəŞəffaflıq.az xarici KİV-lərə istinadən xəbər verir. "Bu, hökumətin göstərişi ilə məni tutmaq cəhdi idi", - o qeyd edib. Morales hadisəni sui-qəsd cəhdi adlandırıb.
Xəbəri paylaş
Facebook-da paylaş