Perunun keçmiş prezidenti Fransisko Morales Bermudes vəfat etdi



Perunun keçmiş prezidenti Fransisko Morales Bermudes Limada vəfat edib. Onun 100 yaşı var idi.

Oğlu Remixio ölüm səbəbinin yaşlılıqla bağlı olduğunu bildirib.

Fransisko Morales Bermudes 1975-ci ildə hərbi diktatura dövründə hakimiyyətə gəlib. Həmin vaxt o, Perunun Baş Qərargah rəisi və iqtisadiyyat naziri vəzifələrində çalışıb. Morales prezident və konqresin demokratik yolla seçildiyi 1980-ci ilə qədər orduya və nazirlər şurasına komandanlıq edib.

Morales Bermudez 1975-ci ilin sonunda ABŞ-ın dəstəyi ilə Cənubi Amerika ölkələri diktatorları tərəfindən həyata keçirilən siyasi repressiya və dövlət terroru kampaniyası olan “Kondor əməliyyatı”nda iştirakına görə 2019-cu ildə Romada ömürlük həbs cəzasına məhkum edilib.  Lakin o, Perudan ekstradisiya edilməyib və öz vətənində sakit həyat sürməyə davam edib.

Şəffaflıq.az


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}