Türkiyə Ordusu İraq və Suriyada terrorçuların hədəflərinə zərbələr endirir
Türkiyə Silahlı Qüvvələri tərəfindən İraq və Suriyanın şimalında terrorçulara məxsus ümumilikdə 32 hədəfə qarşı hava əməliyyatı həyata keçirilib. Şəffaflıq.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlikdən verilən yazılı açıqlamada deyilir: “PKK/KCK və digər terror ünsürlərini zərərsizləşdirərək ölkəyə qarşı terror hücumlarını aradan qaldırmaq və sərhəd təhlükəsizliyini təmin etmək məqsədilə, BMT Nizamnaməsinin 51-ci maddəsindən irəli gələn özünümüdafiə hüququna uyğun olaraq hava əməliyyatları davam edir". Əməliyyatlarda çoxlu sayda terrorçu zərərsizləşdirilib. Qeyd edək ki, Türkiyədə TUSAŞ-ın istehsal obyektində baş verən terrorda 5 nəfər həlak olub, 22 nəfər yaralanıb. Türkiyənin daxili işlər naziri Əli Yerlikaya ilkin araşdırmalara əsasən terror aktının PKK tərəfindən törədildiyini bildirib.
Facebook-da paylaş