Azərbaycan qanunvericiliyinin FATF standartlarına uyğunluq faizi açıqlanıb


Azərbaycanın milli qanunvericiliyi Maliyyə Tədbirləri üzrə İşçi Qrupun (FATF) standartlarını ölçən 252 parametr üzrə 82,1 % uyğunluq təşkil edir.

Şəffaflıq.az bu barədə Maliyyə Monitorinq Xidmətinə (MMX) istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan FATF-ın 40 texniki uyğunluq standartından 7-si üzrə “tam uyğun”, 22-si üzrə “əsasən uyğun”, 10-u üzrə “qismən uyğun”, 1-i üzrə “uyğun olmayıb".

“Dünya miqyasında 161 ölkə üzrə aparılmış qiymətləndirməyə görə, Azərbaycan 40 standartdan 12-si üzrə dünyadakı orta göstəricidən daha yüksək, 21-i üzrə isə orta göstəriciyə bərabər nəticə göstərib. Bundan başqa, Azərbaycan, qanunvericiliyin tətbiqinin effektivliyi üzrə 11 göstəricidən 4-ü üzrə dünyadakı orta göstəricidən daha yüksək, 6-sı üzrə isə orta göstəriciyə bərabər nəticə əldə edib”, - deyə MMX bəyan edib


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}