Somalidə Polis Akademiyasının ərazisində partlayış olub, ölənlər var
Somalinin paytaxtı Moqadişoda yerləşən Polis Akademiyasının ərazisindəki kafedə güclü partlayış baş verib, nəticədə 10 nəfər ölüb. "Report" xəbər verir ki, bu barədə "goobjoog" portalı məlumat yayıb. Hadisə şahidlərinin sözlərinə görə, terrorçu-kamikadze akademiyanın ərazisinə daxil olaraq partlayıcı qurğunu işə salıb. Xəsarət alanların dəqiq sayı hələ müəyyən edilməyib. Hadisə yerində xilasedicilər işləyir. Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş