Dünya Bankı 2024-2025-ci illər üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb


Dünya Bankı 2024-cü ildə Azərbaycan üzrə iqtisadi artım proqnozunu yaxşılaşdıraraq iyun göstəriciləri ilə müqayisədə 0,9 faiz bəndi artırmaqla 3,2 %-ə çatdırıb.

Şəffaflıq.az Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinə dair “Daha güclü inkişaf üçün daha yaxşı təhsil” adlı hesabatına istinadən xəbər verir ki, 2025-ci il üçün proqnoz göstəriciləri 0,3 faiz bəndi artırılaraq 2,7 %-ə çatdırılıb, 2026-cı il üçün proqnoz isə 2,4 % səviyyəsində dəyişməz olaraq saxlanılıb.

Bankın hesablamalarına görə, Cənubi Qafqaz iqtisadiyyatı bu il 4,6 % artacaq ki, bu da əvvəlki proqnozlarla müqayisədə 1,1 faiz bəndi yüksək olmaqla Avropa və Mərkəzi Asiya subregionları arasında ən sürətli artım tempidir. 2025-ci ildə artım 3,7 % (iyun proqnozundan 0,2 faiz bəndi çox) səviyyəsində gözlənilir, 2026-cı il üçün proqnoz isə 3,4 % səviyyəsində qalır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}