Azərbaycanda icarə haqqı az olan obyektlər müsabiqəyə çıxarılıb


İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX) icarə haqqı az olan 4 obyekti müsabiqəyə çıxarıb.

Şəffaflıq.az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, həmin obyektlər Gəncə şəhərində və Goranboy rayonunda yerləşir və onların aylıq icarə qiyməti 21 manatdan başlayır.

Müsabiqədə daşınmaz dövlət əmlakını icarəyə götürmək istəyən yerli, xarici fiziki və hüquqi şəxslər iştirak edə bilərlər. Müsabiqə yekununda müəyyən edilmiş şərtlər daxilində ən yüksək məbləğ təklif etmiş sifarişçiyə üstünlük veriləcək.

Sifarişçilər müsabiqədə iştirak etmək üçün 14 noyabr 2024-cü il tarixinədək ƏMDX-nın aidiyyəti yerli ərazi şöbələrinə müraciət edə bilərlər.

İcarəyə veriləcək əmlakların sahəsi, icarə qiyməti və digər məlumatlarla

https://clck.ru/3Dpju9 linki vasitəsilə tanış olmaq mümkündür.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}