Bahar Muradova: Məişət zorakılığı ilə bağlı yeni fəaliyyət planı üzərində işləməliyik
Məişət zorakılığı ilə bağlı növbəti dönəm üçün yeni fəaliyyət planı üzərində işləməliyik. "Report" xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Vəkillər Kollegiyası ilə birlikdə vəkillər və hakimlər üçün keçirilən "Məişət zorakılığı ilə mübarizə və məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış" mövzusunda təlimdə deyib. O qeyd edib ki, məişət zorakılığı ağır sosial bəladır: "Bu istiqamətdə əsas hüquqi baza "Məişət zorakılığı haqqında" qanundur. Lakin növbəti dönəm üçün daha çox addımların atılması vacibdir. Bu sahə ilə bağlı altı qanuna və beş fərmana dəyişikliklər edilib. Bunları inqilabi dəyişikliklər hesab etmək olar".
Facebook-da paylaş