Avropa komissarı Vopke Hukstra Bakıda keçiriləcək PreCOP iclasında iştirak edəcək
Avropa İttifaqının (Aİ) iqlim dəyişikliyinə qarşı mübarizə üzrə komissarı Vopke Hukstra 10-11 oktyabr tarixlərində Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransında (Pre-Cop29) iştirak edəcək. Şəffaflıq.az bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin nümayəndəsi Tim Makfinin bəyanatına istinadən xəbər verir. “Aİ-nin iqlim dəyişikliyinə qarşı mübarizə üzrə komissarı Vopke Hukstra 10-11 oktyabr tarixlərində Bakıda keçiriləcək Pre-COP29 iclasında iştirak edəcək. COP29-a cəmi bir ay qalıb. Bu görüş bütün dünyadan nazirlərin rəsmi danışıqlar başlamazdan əvvəl bir araya gəlməsi, müzakirələri aktivləşdirməsi, iqlim maliyyələşdirilməsi və iqlim dəyişikliyinə uyğunlaşma və s. öhdəliklərin yerinə yetirilməsi daxil olmaqla COP29-un uğurlu nəticəsinə zəmin hazırlanması üçün əsas fürsətdir", - o bildirib.
Facebook-da paylaş