Aİ İŞİD və “Əl-Qaidə”yə qarşı sanksiyaları bir il müddətinə uzadıb


Avropa İttifaqı Şurası "İslam Dövləti" (İŞİD) və “Əl-Qaidə”yə qarşı sanksiyaları 2025-ci il oktyabrın 31-dək uzadıb.

Şəffaflıq.az “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Şuranın kommünikesində bildirilib.

“Şura bu gün İŞİD və “Əl-Qaidə”yə, eləcə də onlarla əlaqəli şəxslər, qruplar və təşkilatlara qarşı sanksiyaları daha bir il müddətinə, 31 oktyabr 2025-ci ilə qədər uzadıb”, - sənəddə qeyd edilib.

Məlumata görə, hazırkı sanksiya siyahısına 15 fiziki şəxs və 6 qrup daxildir. Onların Avropa İttifaqına səfəri qadağan edilib. Bundan əlavə Aİ-dəki aktivləri dondurulmalıdır.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}