Türkiyədə terror aktı törətməyə hazırlaşan PKK-nin rəhbər şəxslərindən biri öldürülüb
Türkiyədə terror aktı törətməyə hazırlaşan şəxs öldürülüb. Şəffaflıq.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Kəşfiyyat İdarəsindən (MİT) bildirilib. Qeyd olunub ki, Türkiyədə kamikedze olmağa hazırlaşan PKK/YPJ üzvü Hezal Belge Suriyada keçirilən əməliyyat nəticəsində öldürülüb. “Jinda Gundikramo” kod adlı terrorçu PKK-nın rəhbər şəxslərindən biri idi. O, 2004-cü ildə təşkilata qoşulub. 2019-cu ildən isə təşkilatın rəhbərliyində təmsil olunurdu.
Xəbəri paylaş
Facebook-da paylaş