Bakıda Qazaxıstanın iqlim təşəbbüsləri təqdim olunub


ADA Universitetində “COP29 çərçivəsində kənd təsərrüfatı və su resurslarının idarə edilməsində davamlılıq və yenilikçilik” mövzusunda beynəlxalq simpozium keçirilib.

Şəffaflıq.az xəbər verir ki, Azərbaycanın dövlət orqanlarının, Qazaxıstanın, Macarıstanın və İtaliyanın səfirlikləri, diplomatik korpusun, biznes dairələrinin nümayəndələri, yerli və xarici alimlərin və ekspertlərin iştirak etdiyi simpozium çərçivəsində iqlim dəyişikliyi ilə bağlı, o cümlədən kənd təsərrüfatı və su ehtiyatlarının idarə edilməsi sahələrində olan problemlərin birgə həlli müzakirə olunub.

Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel çıxışında iqlim dəyişikliyi, ətraf mühitin problemləri və su çatışmazlığı ilə bağlı Qazaxıstanda görülən tədbirlər haqqında söz açıb.

Diplomatın sözlərinə görə, BMT-nin və beynəlxalq təşkilatlarının himayəsi ilə 2026-cı ildə Qazaxıstanda Regional İqlim Sammitinin keçirilməsinə dair İlham Əliyevin təşəbbüsü də Qazaxıstanın “yaşıl” gündəminin təşviqinin təsdiqidir:

“Eyni zamanda, biz iqlim dəyişikliyi və yaşıl energetikası məsələləri üzrə Mərkəzi Asiya üçün Layihə Ofisini yaradırıq və tərəfdaşlarımızı bu təşəbbüsə dəstək verməyə dəvət edirik”.

Səfir simpozium iştirakçılarına həmçinin Mərkəzi Asiyanın bütün ölkələrinin və ekosistemlərinin maraqlarının nəzərə alınması ilə həyata keçiriləcək Qazaxıstanın Aralın Xilası Beynəlxalq Fondunda sədrliyinin prioritetləri haqqında məlumat verib.

O, iştirakçılara Qazaxıstanın, Azərbaycanın və Özbəkistanın Mərkəzi Asiyadan Azərbaycan üzərindən Avropaya yaşıl elektrik enerjisinin ixracı ilə bağlı birgə iri layihəsi haqqında danışıb və bildirib ki, layihənin detalları qarşıdan gələn COP29 sammitində açıqlanacaq.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}