Kamran Əliyev Gəncədə vətəndaşları qəbul edəcək
Baş prokuror Kamran Əliyev oktyabrın 11-də, saat 10:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında şəhər sakinlərinin qəbulunu keçirəcək. Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı şəhər prokurorluğu tərəfindən həyata keçiriləcək: "Vətəndaşlar şəhər prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər". Şəffaflıq.az
Xəbəri paylaş
Facebook-da paylaş