Əsas Səhifə > SİYASƏT > Kamran Əliyev Gəncədə vətəndaşları qəbul edəcək

Kamran Əliyev Gəncədə vətəndaşları qəbul edəcək


7-10-2024, 11:08


Baş prokuror Kamran Əliyev oktyabrın 11-də, saat 10:00-da Gəncə şəhər prokurorluğunun inzibati binasında şəhər sakinlərinin qəbulunu keçirəcək.

Bildirilib ki, vətəndaşların qəbulla bağlı qeydiyyatı şəhər prokurorluğu tərəfindən həyata keçiriləcək:

"Vətəndaşlar şəhər prokurorluğuna yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəli telefonu, [email protected] elektron poçt ünvanı, həmçinin prokurorluğun sosial şəbəkələrdəki səhifələri (İnstagram, Facebook və X) vasitəsilə də qəbula yazıla bilərlər".

Şəffaflıq.az


Geri qayıt