BMT-nin İrlandiya sülhməramlıları Livanda qalıblar
BMT-nin İrlandiya sülhməramlıları İsrailin Livanda əməliyyatı ilə əlaqədar ölkəni tərk etmələri istəklərinə baxmayaraq bu ölkədə qalıblar. Şəffaflıq.az xəbər verir ki, bu barədə “Irish Times” məlumat yayıb. Söhbət BMT-nin müvəqqəti qüvvələrinin (UNİFİL) heyətindəki İrlandiya kontingentindən gedir. "Məlum olduğu kimi, İrlandiya hökuməti İsrail rəsmilərinə UNİFİL qoşunlarının hərəkətlərinin BMT-nin və yerdəki komandirinin işi olduğunu bildirdi. UNİFİL İsrailə qoşunlarını çıxarmayacağını xəbər verib", - nəşr yazıb. Oxşar qərarı Finlandiyadan olan sülhməramlı qüvvələrin kontingenti də qəbul edib.
Xəbəri paylaş
Facebook-da paylaş