Norveç XİN ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb


Norveç Xarici İşlər Nazirliyi Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Norveç XİN-in bəyanatında deyilir.

“Çox gözlənilməz təhlükəsizlik vəziyyətinə görə, Xarici İşlər Nazirliyi bu gün İran üçün səyahət tövsiyələrini sərtləşdirir və Norveç vətəndaşlarını ölkəni tərk etməyə çağırır”, - deyə bəyanatda qeyd edilib.

Qeyd olunub ki, qısa müddətdə İranın hava məkanı bağlana və uçuşlar ləğv edilə bilər.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}