Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > Norveç XİN ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb

Norveç XİN ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb


3-10-2024, 10:18


Norveç Xarici İşlər Nazirliyi Yaxın Şərqdə vəziyyətin pisləşməsi fonunda ölkə vətəndaşlarını İranı tərk etməyə çağırıb.

Şəffaflıq.az xəbər verir ki, bu barədə Norveç XİN-in bəyanatında deyilir.

“Çox gözlənilməz təhlükəsizlik vəziyyətinə görə, Xarici İşlər Nazirliyi bu gün İran üçün səyahət tövsiyələrini sərtləşdirir və Norveç vətəndaşlarını ölkəni tərk etməyə çağırır”, - deyə bəyanatda qeyd edilib.

Qeyd olunub ki, qısa müddətdə İranın hava məkanı bağlana və uçuşlar ləğv edilə bilər.


Geri qayıt