COP29 Azərbaycanı daha böyük müzakirələrin iştirakçısına çevirəcək.
COP29 Azərbaycanı daha böyük müzakirələrin iştirakçısına çevirəcək. Şəffaflıq.az xəbər verir ki, bunu BMT-nin COP29-da iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai “Real Tv”yə müsahibəsində deyib. “Azərbaycan iri addımlarla iqlim mövzusunda da irəliyə gedir. İllərdir böyük tədbirlərə ev sahiblik etmişik. COP29 isə tamamilə fərqldir. Bu, Azərbaycana olan hörmətdir, ölkəmizin nüfuzunun qəbul olunmasıdır”, - N.Arpadarai vurğulayıb. O xatırladıb ki, Azərbaycanın COP29 Sədrliyinin 14 təşəbbüsü var: "Bizim təşəbbüslər elə hazırlanıb ki, müxtəlif sahələri əhatə edir. Çünki qlobal iqlim dəyişikliyi hər kəsin həyatrına təsir edən problemdir. Ola bilsin ki, bunu öz ölkəmizdə az hiss edirik. Amma kiçik ada dövlətləri var ki, bunu çox böyük miqyasda hiss edirlər. İqlim dəyişikliyi ilə müxtəlif tədbirlərdə onlar bunu dönə-dönə qeyd edirlər. Bu dövlətlərin nümayəndələri açıq deyir ki, bu cür davam etsə, biz 5 ildən sonra olmaya da bilərik. Çünki bu dövlətlərin okean və ya dənizin səviyyəsinin qalxması zamanı su altında qalmaq təhlükəsi var. Bizim məqsədimiz də iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində layihə və startaplarla çıxış edən sahibkarları bir araya toplamaqdır".
Facebook-da paylaş