İran Prezidenti İsrailə xəbərdarlıq edib: Növbəti cavab daha sərt olacaq
İran Prezidenti Məsud Pezeşkian İsrailə xəbərdarlıq edib. Şəffaflıq.az İran KİV-inə istinadən xəbər verir ki, o bildirib ki, növbəti cavab daha sərt ola bilər: “İsrail rejimi yenidən səhv etsə, növbəti cavab daha sarsıdıcı olacaq”. Xatırladaq ki, oktyabrın 1-də İran İsrailə kütləvi raket hücumu həyata keçirib. SEPAH-ın məlumatına görə, İran raketlərinin 90 %-i hədəflərini uğurla vurub. İsrail və ABŞ mənbələri isə bildirir ki, atılan raketlərin hamısı zərərsizləşdirilib.
Xəbəri paylaş
Facebook-da paylaş