Böyük Qayıdışla bağlı məlumatlandırıcı-maarifləndirici nəşrlər hazırlanıb
Böyük Qayıdışla bağlı məlumatlandırıcı-maarifləndirici nəşrlər hazırlanıb. Şəffaflıq.az xəbər verir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi məlumat yayıb. Qeyd olunub ki, indiyədək 55 min nüsxə məlumat kitabçası-maarifləndirici broşürlər nəşr olunub və müvafiq qaydada yayımı təşkil edilib. Altı adda maarifləndirici, 10 adda məlumatlandırıcı broşür, Böyük Qayıdışa həsr olunmuş 2024-cü il divar təqvimi çap olunub, məcburi köçkünlər üçün məlumat kitabçası və azərbaycanlıların XX əsrdə Ermənistandan məcburi deportasiyasından bəhs edən kitab nəşrə hazırlanıb. Məlumatlandırıcı broşürlər arasında “Şuşa qalası” seriyası xüsusi yer tutur. Tanınmış araşdırmaçı-jurnalist Vasif Quliyevin müəllifliyi ilə, Azərbaycan və ingilis dillərində 10 adda buraxılmış bu seriyaya “Şəhərin yaranması”, “Məhəllələr və küçələr”, “Toponimlər”, “Tarixi-memarlıq abidələri”, “Flora və fauna”, “Müqəddəs məkanlar”, “Karvansaralar, hamamlar, bazarlar”, “Sənətkarlıq”, “Ticarət” və “Bulaqlar” adlı broşürlər daxildir. Maarifləndirici broşürlər mina təhlükəsizliyi, məşğulluq və sahibkarlıq, sosial müdafiə tədbirləri, icma quruculuğu və fəaliyyəti, dövlət xidmətləri, ətraf mühitin mühafizəsi və ekologiya mövzularını əhatə edir. İşğaldan azad edilmiş ərazilərin tarixi və işğaldan sonra həmin ərazilərdə aparılan bərpa-quruculuq işləri barədə məlumatlandırıcı-maarifləndirici broşürlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan rayonlar haqqındadır.
Facebook-da paylaş