Ukrayna müdafiə naziri dörd müavinini işdən azad edib
Ukraynanın müdafiə naziri Rüstəm Umerov dörd müavininin işdən azad edilməsi üçün ərizə verib. Şəffaflıq.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə nazir teleqram kanalında məlumat verib. "Mən müdafiə nazirinin müavinləri - Stanislav Hayderin (nazirin Ofis rəhbəri vəzifəsinə keçir), Aleksandr Sergeyevin, Yuri Ciqirin, Lyudmila Daraqanın (dövlət katibi) işdən azad edilməsi barədə Nazirlər Kabinetinə təqdimat imzaladım", - məlumatda bildirilib.
Xəbəri paylaş
Facebook-da paylaş