İsrailin Livanla sərhədi yaxınlığında PUA vurulub
İsrail Müdafiə Qüvvələri (IDF) Livanla sərhəd yaxınlığında ölkənin ərazi sularına girən pilotsuz uçuş aparatının vurulduğunu bildirib. Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb. Qeyd olunub ki, hava həyəcanı siqnalı protokola uyğun olaraq işə salınmayıb. Hərbçilər əlavə ediblər ki, PUA İsrail Hərbi Dəniz Qüvvələrinin raket korveti tərəfindən vurulub. PUA-nın növü açıqlanmır.
Xəbəri paylaş
Facebook-da paylaş