Əsas Səhifə > DİGƏR ÖLKƏLƏR > İsrailin Livanla sərhədi yaxınlığında PUA vurulub

İsrailin Livanla sərhədi yaxınlığında PUA vurulub


30-09-2024, 12:08


İsrail Müdafiə Qüvvələri (IDF) Livanla sərhəd yaxınlığında ölkənin ərazi sularına girən pilotsuz uçuş aparatının vurulduğunu bildirib.

Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, bu barədə IDF-in mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hava həyəcanı siqnalı protokola uyğun olaraq işə salınmayıb.

Hərbçilər əlavə ediblər ki, PUA İsrail Hərbi Dəniz Qüvvələrinin raket korveti tərəfindən vurulub.

PUA-nın növü açıqlanmır.


Geri qayıt